Rusiyanın futbol üzrə milli komandası Bakıya gəlib. Lent.az-ın məlumatına görə, oktyabrın 15-də Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək şimal qonşularımız “Abşeron” otelində məskunlaşıblar.
Qonaq komanda saat 18:30-da “Bakcell Arena”da məşqə çıxacaq. Məşqin ilk 20 dəqiqəsi mətbuata açıq olacaq. Ardından baş məşqçi Fabio Kapello kapitan Roman Şirokovla birgə jurnalistlərin suallarını cavablandıracaq.
Rusiya yığmasının heyətində paytaxtımıza 24 futbolçu gəlib. Onların arasında əslən azərbaycanlı Aleksandr Səmədov da var:
Qapıçılar: İqor Akinfeyev (MOİK), Yuri Lodıgin (“Zenit”), Sergey Rıjikov (“Rubin”)
Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı MOİK), Vladimir Qranat (“Dinamo” M), Aleksey Kozlov (“Kuban”), Dmitri Kombarov, Yevgeni Makeyev (hər ikisi “Spartak” M), İqor Smolnikov (“Zenit”)
Yarımmüdafiəçilər: İqor Denisov (“Dinamo” M), Denis Qluşakov (“Spartak” M), Pavel Mamayev (“Krasnodar”), Aleksandr Ryazantsev (“Rubin”), Viktor Fayzulin, Oleq Şatov, Roman Şirokov (hamısı “Zenit”)
Hücumçular: Vladimir Bıstrov, Aleksandr Kerjakov (hər ikisi “Zenit”), Aleksandr Səmədov (“Lokomotiv” M), Aleksandr Kokorin, Fyodor Smolov (hər ikisi “Dinamo” M).
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçı sabah saat 22:00-da başlanacaq.