Rusiya Bakıda 2009-cu il hadisələrinin təkrarlanmasından qorxur
14 oktyabr 2013 15:31 (UTC +04:00)

Rusiya Bakıda 2009-cu il hadisələrinin təkrarlanmasından qorxur

Rusiya Futbol İttifaqı (RFS) ölkə yığmasının azarkeşlərinə oktyabrın 15-də Azərbaycan milli komandası ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçı ilə bağlı müraciət edib. Lent.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytında bildirilir.

 

Azarkeşlərdən davranış və ictimai qaydalara riayət, rəqibə və olduqları ölkənin qanunlarına hörmətlə yanaşma, stadionda pirotexniki və digər qadağan olunmuş vasitələrdən yararlanmamaları istənilir: “Sizə xatırladırıq ki, millimizin matçları FİFA və UEFA İntizam komitələrinin xüsusi diqqəti altındadır”.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq. Bu komandalar arasında 2009-cu il oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş 2010-cu il dünya çempionatının seçmə qrup matçında rusiyalı azarkeşlər özlərini intizamsız aparmış, azərbaycanlı tamaşaçılara tərəf partlayıcı maddələr atmışdılar. İnsidentin qarşısı hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra alınmışdı. Görüş isə heç-heçə nəticələnmişdi – 1:1.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar