Rusiyanın 6 ağırlıqqaldıranı diskvalifikasiya edilib. Lent.az-ın məlumatına görə, buna həmin idmançıların istifadəsi qadağan olunmuş dərman preparatlarından yararlanmaları səbəb olub.
Qərarı Rusiya Ağır Atlerika Federasiyası (FTAR) çıxarıb. Ən böyük cəzaya Yevgeni Kolomiyts və Yuri Selyutin məruz qalıb. Onlar 10 ilədək diksvalifikasiya olunublar. Dmitri Srıbnıy, Mixail Rezniçenko və Teymur Ələsgərov hərəyə 2 il, Oleq Musoxranov isə 3 ay cəzalanıb.
Kolomiyts və Selyutinin cəzası oktyabrın 2-dən, Rezniçenko və Ələsgərov üçün noyabrın 6-dan, Srıbnıy və Musovranovunku isə noyabrın 7-dən qüvvəyə minib.
Qeyd edək ki, 2012-ci ilin sentyabrında Rusiyanın daha 8 ağırlıqqaldıranı antidopinq qaydalarını pozub. FTAR-ın qərarı ilə İvan Tarakin, Əzəmət Cioyev, Roman Çepik, Yelena Karelina, İqnat Çemerkin, Aleksandr Kibanov, Anna Konyakina və Yelena Suxar hərəyə 2 il diskvalifikasiya ediliblər.