İspaniyanın “Real Madrid” klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu “Qızıl top” mükafatının təqdimetmə mərasiminə ailə üzvləri ilə birgə gedəcək. Lent.az-ın “Marca”ya istinadən məlumatına görə, 28 yaşlı hücumçunu anası, 2 bacısı və qardaşı müşayiət edəcək.
Ronaldu ənənəvi mərasimdə ilk dəfə ailəsi ilə birgə olacaq.
Qeyd edək ki, qalibin adı yanvarın 13-də İsveçrənin Sürix şəhərində açıqlanacaq. Kriştianu Ronaldudan əlavə, “Qızıl top”a Lionel Messi (Argentina, “Barselona) və Frank Riberi (Fransa, “Bavariya”) da namizəddir.