Ronaldu 14,7 mln. avro vergi ödəmək istəmir
23 iyun 2017 05:43 (UTC +04:00)

Ronaldu 14,7 mln. avro vergi ödəmək istəmir

0

“Real” (Madrid) futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu  İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib.   

 

APA-nın  “Marca”ya istinadən verdiyi xəbərə görə, 32 yaşlı futbolçu iyulun 31-də öz mövqeyini məhkəmə qarşısında izah etmək niyyətindədir.  Ronaldunun proseslə əlaqədar artıq “Baker & McKenzie” beynəlxalq hüquq şirkətinin iki vəkili ilə müqavilə bağladığı bildirilir.  

 

Qeyd edək ki, K.Ronaldu 2011-2014-cü illərdə İspaniyanın dövlət qurumlarına 14,7 mln. avro vergidən yayınmaqda şübhəli bilinir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar