Ronaldo təcavüzü gizlətmək üçün rüşvət verdi
28 aprel 2017 07:15 (UTC +04:00)

Ronaldo təcavüzü gizlətmək üçün rüşvət verdi

Kristiano Ronaldo haqqında şok iddia ortaya atılıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Der Spiegel” jurnalı ulduz oyunçunun gənc qıza təcavüz etdiyini gizlətmək üçün 375 min dollar ödədiyini yazıb.

 

Jurnal həmçinin Ronaldo və təmsilçisi Osorio de Kastro arasındakı yazışma mətnlərini də çap edib.

 

De Kastronun Kristianoya mesajı: “Vasitəçi deyir ki, qız şokdadı və çox ağlayır. Ancaq hələ ki, pul haqqında bir danışıq olmayıb”

 

Daha sonra təmsilçi 950 min dollar istədiklərini, ancaq məbləği aşağı salmaq üçün çalışacağını yazıb.

 

Bir müddət sonra isə Osario de Kastro danışıqların ümumi nəticəsi haqqında Ronaldoya məlumat verib: “260 min avroya razılaşdıq. Bundan əlavə mənim danışdığım vasitəçiyə də bir az ödəməli olacağıq. Sənədləri yerbəyer edən hüquqşünasa da bir qədər pul verməliyik. Başa düşürəm ki, çox məbləğdi, ancaq mövcud vəziyyətdə ən yaxşı çıxış yolu budur".

 

Jurnal Ronaldonun öz imzası olan sənədləri də yazıya əlavə edib.

 

Qeyd edək ki, futbolçunun rüşvət verməsi isbat olunsa da, əvvəllər təcavüzlə bağlı hər hansı bir xəbərə heç vaxt rast gəlinməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar