Azərbaycan millisiin hücumçusu Ramil Şeydayev “Jilina” ilə birgə Slovakiya çempionu olub.
Lent.az-ın “qol.az”-a istinadən xəbərinə görə, futbolçumuzun komandası bu gün 26-cı turda səfərdə ən yaxın izləyicisi “Slovan”a 1:0 hesabı ilə qalib gələrək növbəti çempionluğu rəsmiləşdirib. Bu matçda o, 90 dəqiqə meydanda olub, 65-ci dəqiqədə sarı vərəqə alıb.
Hazırda “Jilina” 61 xalla liderdir, “Slovan” isə 48 xalla ikincidir. Ramilin komandasının ehtiyatda 5, “Slovan”ın isə 4 oyunu qaldığını nəzərə alsaq, bundan sonrakı bütün matçların nəticəsindən asılı olmayaraq “Jilina” birinciliyi qoruyacaq.