Ötən gün Topaz Premyer Liqasında XXXIV tur oyunları keçirilib. Lent.az-ın məlumatına görə, bu tur “Qarabağ” klubu üçün əlamətdar olub. Belə ki, “Qarabağ” “İnter” üzərində qələbə qazanaraq 21 il sonra çempionluğu rəsmiləşdirib.
Oyuna gəlincə isə “Qarabağ” “İnter” qarşılaşması 4-1 hesabı ilə başa çatıb. Çempionata iki tur qalmış 1-ci yeri rəsmiləşdirən Qurban Qurbanovun komandası oyun başa çatan kimi bütün sevinclərini qeyd ediblər. Baş məşqçi Qurban Qurbanov isə sevincdən göz yaşlarını saxlaya bilməyib.
Həmin anı əks etdirən fotonu təqdim edirik.