Qabanlar futbol klubunun bazasına hücum etdi
08 yanvar 2014 13:16 (UTC +04:00)

Qabanlar futbol klubunun bazasına hücum etdi

Fransanın “Nant” futbol klubuna məxsus təlim-məşq bazası qaban hücumuna məruz qalıb. Lent.az-ın “20minutes.fr”ə istinadən verdiyi məlumata görə, hadisə Yeni İl bayramı günlərində baş verib.

 

Bayramdan sonra bazaya gələn klub əməkdaşları əsas meydanın yaxınlığındakı məşq sahəsinin “şumlandığını” görüblər. Eyni zamanda, futbolçuların qaldığı binanın önü də qazılıb.

 

İlkin ehtimallara əsasən, ağaclardan biri küləyin təsirindən qırılaraq, bazanın hasarı üzərinə düşüb. Nəticədə hasar aşıb və qabanların yolu açılıb.

 

Qeyd edək ki, “Nant” hazırda Fransanın I Liqasında (güclülər dəstəsi) çıxış edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095
avatar

Oxşar yazılar