Azərbaycan millisinin Rusiya ilə oyununu izləmək istəyən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak stadiona buraxılmayıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, uelsli mütəxəssisin oyuna VİP lojada baxmaq üçün bileti olsa da, polislər onun “Bakcell Arena”ya girməsinə imkan verməyib.
Toşak hazırda qaldığı otelə qayıdaraq, qarşılaşmanı televiziyadan izləyir.
Polis Toşakı stadiona buraxmayıb
1071