Qadın futbolu üzrə Fransanın “Lion” və ABŞ-ın “Millikin” komandaları arasında keçirilmiş matçın nəticəsi tarixə düşüb. Lent.az-ın məlumatına görə, qarşılaşma “Lion”un 32:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyuna fəal başlayan meydan sahibləri hər 3 dəqiqədə 1 qol vurub. “Millikin”in qapıçısı topu tordan çıxarmaqdan yorulub. Qollardan 6-nı Luiza Nəcib vurub.
Belə bir nəticə son 13 ildə qeydə alınmayıb. Daha öncə 11 aprel 2001-ci ildə Avstraliya və Amerikan Samoasının milliləri arasında matç da eyni hesabla yekunlaşıb – 32:0.