Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında keçirilən məşqlərdə futbolçular fiziki və taktiki çalışmaları yerinə yetirir.
Ötən gün səhər məşqinin vaxtını uzadan Dənizli əvəzində axşam çalışmalarını təxirə salaraq futbolçulara istirahət verib. Səhər məşqində ilk olaraq fiziki çalışmaları yerinə yetirən futbolçular daha sonra üç qrupa bölünərək iki tərəfli oyun oynayıblar. Dənizli oyuna tez-tez müdaxilə edərək, futbolçulardan əsasən sürətli kombinasiyalara üstünlük vermələrini istəyib.
“Xəzər Lənkəran ” bu gün yenidən iki məşq keçirəcək. Heyətdə zədəli futbolçu olmasa da, vətəni Malidə evlənən Sadio Tounkara toplanışa viza problemi üzündən hələ də qatıla bilməyib. Onun yanvarın 9-dan komandaya qoşulacağı bildirilir.