Mourinyo maaşının artırılmasını istəyir
17 oktyabr 2017 06:34 (UTC +04:00)

Mourinyo maaşının artırılmasını istəyir

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo klub rəhbərliyi ilə yeni müqavilə barədə danışıqlara hazırlaşır.

 

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Qırmızı şeytanlar”la sözləşməsini yenilməyə hazırdır. Amma Mourinyonun da şərti var. Belə ki, o, maaşının artırılmasını istəyir. 

 

Təcrübəli məşqçinin illik məvacibi 15 milyon funtdur. Lakin Mourinyo klubun nəticələrinin yaxşılaşmasını əmək haqqında da əks olunmasını istəyir.

 

Qeyd edək ki, hazırda “Mançester Yunayted” bu mövsüm Premyer Liqada məğlub olmayıb və ikinci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar