Millinin gənc futbolçusu 5 aylıq sıradan çıxdı
29 mart 2015 16:53 (UTC +04:00)

Millinin gənc futbolçusu 5 aylıq sıradan çıxdı

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə dünən keçirilən oyunda zədələnən milli komandamızın yarımmüdafiəçisi Namiq Ələsgərovun durumuna aydınlıq gəlib. Lent.az-ın “Qarabağ” futbol klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın ilk hissəsində əvəzlənən gənc futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb.

 

Bu gün keçirilən tibbi müayinənin nəticəsində N,Ələsgərovun ayağının ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Həkimlər “Qarabağ”ın futbolçusunun ən azı 5 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıblar. Millinin heyətində zədə aldığından, futbolçu yaxın günlərdə AFFA tərəfindən əməliyyat etdiriləcək.

 

Qeyd edək ki, millimizin Malta üzərində 2:0 hesablı qələbə qazandığı görüşün 22-ci dəqiqəsində zədələnən Namiq Ələsgərovu Ruslan Qurbanov əvəzlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar