Millimizin sabiq oyunçusu Orduda qaldı
04 yanvar 2014 00:04 (UTC +04:00)

Millimizin sabiq oyunçusu Orduda qaldı

Anıl Taşdəmir üçün bizə rəsmi təklif gəlməyib. Sadəcə Ziya Alkurt üçün “Göztəpə” və “Diyarbəkirspor”dan bir təklif aldıq. Bunun da gerçəkləşməyəcəyini özlərinə dedik”. Apasport.az saytının məlumatına görə, bunu “Orduspor”un prezidenti Nədim Türkmən deyib.

Cari mövsümdə “Orduspor”da çıxış edən milliləşdirilmiş serbiyalı hücumçu Branimir Subaşiç komandadan göndərilməyəcək. Bunu klub prezidenti Nədim Türkmənin Altaş TV-yə verdiyi açıqlamasından belə başa düşmək olar: “Ziyadan başqa, heç bir oyunçumuza təklif yoxdur. Onsuz da heç bir futbolçumuzu göndərməyi düşünmürük. Bizim bir hədəfimiz var”.

Qeyd edək ki, Branimir Subaşiç çempionatın ilk dövrəsində 15 oyunda iştirak edib və 3 qola imza atıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1531
avatar

Oxşar yazılar