Millimizə qarşı oynamış futbolçu “mavi” imiş -  ETİRAF
08 yanvar 2014 18:42 (UTC +04:00)

Millimizə qarşı oynamış futbolçu “mavi” imiş - ETİRAF

Almaniya milli komandasının futbolçusu Tomas Hitslşperger “mavi” olduğunu etiraf edib. Lent.az-ın məlumatına görə, 2013-cü ilin sentyabrında karyerasını başa vurmuş 31 yaşlı  Hitslşperger “Zeİt.de”yə müsahibəsində homoseksuallar cəmiyyətinə mənsub olduğunu açıqlayıb.

 

O deyib: “Fikrimcə, bu barədə danışmağın vaxtı çatıb. Bunu dərk etmək üçün uzun yol keçmişəm. Az öncə anladım ki, mən kişi ilə yaşamağı üstün tutardım. Belə olmağımdan utanmıram, amma ictimai rəylə barışmaq çətin olur”.

 

Qeyd edək ki, Tomas Hitslşperger karyerasının böyük hissəsini İngiltərənin “Aston Villa” və Almaniyanın “Ştutqart” komandalarında keçirib. O, İngiltərənin “Vest Hem” və “Everton”, İtaliyanın “Latsio”, Almaniyanın “Volfsburq” klublarında da çıxış edib. Hitslşperger Almaniya yığmasında 52 oyun keçirib, 2006-cı il dünya çempionatının bürünc və 2008-ci il Avropa çempionatının gümüş medallarını qazanıb. 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində isə yarımmüdafiəçi Azərbaycan millisinə qarşı hər iki matçın iştirakçısı olub. O, istər 2009-cu ilin 12 avqustunda Bakıda 2:0, istərsə də sentyabrın 9-da Hannoverdə 4:0 hesabı ilə qalib gəldikləri matçlarda 90 dəqiqə meydanda olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2038
avatar

Oxşar yazılar