Bu gün qadın voleybolçular arasında dünya çempionatının III təsnifat mərhələsində II turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə Azərbaycan millisi Estoniya yığması ilə qarşılaşıb.
İlk matçda İsrailə 3:1 hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələri aşkar favoriti olduqları bu görüşü də qələbəylə başa vurub. Komandamız zəif rəqibi asanlıqla 3 setdə məğlub edib – 3:0.
Bakıda Voleybol Mərkəzində keçirilən J qrupunun digər matçında isə Serbiya İsrail voleybolçuları ilə görüşdə heç bir çətinlik çəkməyib – 3:0.
J qrupu
II tur
4 yanvar
Serbiya – İsrail - 3:0 (25:9, 25:12, 25:20)
Estoniya – Azərbaycan – 0:3 (17:25, 19:25, 13:25)
Serbiya |
2 |
2 |
0 |
6-0 |
150-95 |
6 |
Azərbaycan |
2 |
2 |
0 |
6-1 |
169-125 |
6 |
İsrail |
2 |
0 |
2 |
1-6 |
117-169 |
0 |
Estoniya |
2 |
0 |
2 |
0-6 |
103-150 |
0 |
Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 12-nə kimi İtaliyada təşkil olunacaq mundiala Avropanın 5 seçmə qrupunun hər birindən ilk yerin sahibləri vəsiqə qazanacaq. İkinci yerlərdən isə yalnız ən yaxşı göstəricilərə malik 2 komanda buna nail olacaq.