Millimiz millimizə qarşı - BAŞ MƏŞQ
04 noyabr 2014 11:04 (UTC +04:00)

Millimiz millimizə qarşı - BAŞ MƏŞQ

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveçlə qarşılaşacaq Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək. Lent.az-ın affa.az-a istinadən məlumatına görə, Mahmud Qurbanovun başçılıq etdiyi komanda skandinaviyalılarla görüşə hazırlıq məqsədilə U-21-i sınağa çəkəcək.

 

Bu gündən etibarən təlim-məşq toplanışına başlayan yığmamız Bernard Lippertin çalışdırdığı gəncləri noyabrın 9-da sınağa çəkəcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı görüş saat 15:30-da başlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1035
avatar

Oxşar yazılar