Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqının keçirdiyi sorğuda yığmanın türk əsilli yarımmüdafiəçisi Məsut Özil hamını qabaqlayıb.
25 yaşlı futbolçusu səslərin 30 faizini toplayaraq, buna nail olub. O biri iki pillədə isə “Bavariya”nın futbolçuları qərarlaşıb- Filipp Lam ikinci (17,5 faiz səs), Tomas Müller isə üçüncü yeri tutub (13,7 faiz).
Qeyd edək ki, hazırda İngiltərə “Arsenal”ının şərəfini qoruyan Özil ard-arda 3-cü dəfədir bu mükafata layiq görülür.