“Lionel Messi dünyanın ən yüksək ödənişli futbolçusu olmalıdır. Çünki o, dünyanın ən yaxşısıdır”. Lent.az-ın məlumatına görə, bunu İspaniyanın “Barselona” klubunun prezidenti Sandro Rosel deyib.
O bildirib ki, komandanın lideri ilə hələlik yeni müqavilə barədə danışmayıb. Amma klubun ofisinin qapıları həmişə Messinin üzünə açıqdır.
Qeyd edək ki, əvvəllər Sandro Rosel Lionel Messini “Barselona”da saxlamaq üçün hər şeyi edəcəyini deyib.