Topaz Premyer Liqasında 2013/14 mövsümünün XVIII turunun başa çatması ilə qış fasiləsinə start verildi. Apasport.az saytının məlumatına görə, klublar bununla da transfer çalışmalarına başlamaq üçün hərəkətə keçiblər.
Ancaq futbolçularla müqavilələrin rəsmiləşdirilməsinə yeni ildən, yanvarın 1-dən etibarən başlanacaq. Hazırda isə fasilə başlamamış komandalardan ayrılan oyunçular da var. Məsələn, Əziz Quliyev, Sebastyan Kastro-Telyo və Miro Varvodiç hələ fasilə başlamamış komandalarını tərk etsələr də, onların adı hələ PFL-in iştirak ərizəsindən çıxarılmayıb.
“Qarabağ”
Gedənlər: Miro Varvodiç
Gələnlər:
“Qəbələ”
Gedənlər: Şəhriyar Xəlilov, Tərzin Cahangirov
Gələnlər: Ruslan Tağızadə, Rafael Santos
“Neftçi”
Gedənlər:
Gələnlər: Kərim Diniyev, Elşən Abdullayev, Ruslan Qurbanov
“İnter”
Gedənlər: Flavio Bek, Joan Paulo, İlço Naumoski, Daniel Genov, Ramil Mansurov
Gələnlər:
“Bakı”
Gedənlər:
Gələnlər: Əziz Quliyev, Nurlan Novruzov
“Simurq”
Gedənlər: Nenad Kiso
Gələnlər:
AZAL
Gedənlər: Ruslan Tağızadə, Freddi Borq
Gələnlər:
“Xəzər Lənkəran”
Gedənlər: Duqlas Leyte, Radomir Todorov, Nikola Qliqorov
Gələnlər: Slavik Alxasov
“Rəvan”
Gedənlər: Əziz Quliyev, Sebastyan Kastro-Telyo, Sahib Savankulov, Fredrik Holster
Gələnlər:
“Sumqayıt”
Gedənlər: Slavik Alxasov, Zaur Həşimov, Kərim Diniyev, Sabir Allahquliyev, Vüqar Əsgərov, Elşən Abdullayev, Nurlan Novruzov, Ruslan Qurbanov
Gələnlər: Ramil Mansurov, Tərzin Cahangirov
Kim gəlir, kim gedir? - TRANSFERLƏR
1246