İsmət Abasov Almaniyadan 50 stol gətirib
24 dekabr 2013 16:59 (UTC +04:00)

İsmət Abasov Almaniyadan 50 stol gətirib

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti İsmət Abasovun təşəbbüsü ilə Almaniyadan bu idman növünə aid avadanlıqlar alınıb. Bu barədə Lent.az-a ASTF-nin baş katibi İbrahim Əfəndiyev məlumat verib.

 

Əfəndiyevin sözlərinə görə, yeni avadanlıqlara “Tibhar” markalı 50-dən artıq oyun stolu, raketka, top və s. daxildir. Onlar stolüstü tennisin inkişafı məqsədilə dekabrın 25-də ayrı-ayrı uşaq məktəblərinə, idman cəmiyyətlərinə və olimpiya komplekslərinə paylanacaq. Baş katib bildirib ki, Abasov artıq 3-cü dəfədir bu addımı atır.

 

Qeyd edək ki, İsmət Abasov eyni zamanda baş nazirin müavinidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2261
avatar

Oxşar yazılar