İki böyük komandanın baş məqçisi dalaşdı-<span style="color:red;">VİDEO
07 oktyabr 2014 13:21 (UTC +04:00)

İki böyük komandanın baş məqçisi dalaşdı-VİDEO

İngiltərə çempionatında dünən keçirilən “Çelsi” – “Arsenal” qarşılaşmasında dava düşüb. Lent.az-ın məlumatına görə, hər iki klubun baş məşqçisi Venger və Mourinyo arasında xoşagəlməz mübahisə düşüb.

Belə ki, oyunun 21-ci dəqiqəsində zadəgan klubunun oyunçusu Qari Kehil arsenallı futbolçu Aleksis Sançezə qarşı kobud oynayıb. Həmin anda hakimə etirazı bildirən Venger və Mourinyo arasında insident baş verib.

Arsenalın baş məşqçisi Venger “Çelsi”li həmkarı Mourinyonun yanına gələrək sinəsindən itələyib. Hakimlərin işə qarışmasından sonra insidentin böyüməsinin qarşısı alınıb.

Qeyd edək ki, “Çelsi”- “Arsenal” matçı birincilərin 2:0 hesabı ilə qalibiyyəti ilə başa çatıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1544
avatar

Oxşar yazılar