Hiddink yenidən Cənubi Koreya yığmasında
10 yanvar 2014 10:34 (UTC +04:00)

Hiddink yenidən Cənubi Koreya yığmasında

Futbol üzrə Türkiyə milli komandasının sabiq baş məşqçisi Qus Hiddink Cənubi Koreya yığmasının məşqçilər heyətinə daxil ediləcək. Lent.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Hon Men-Bo açıqlama verib.

 

O bildirib ki, hollandiyalı mütəxəssis koreyalı futbolçuların 2014-cü il dünya çempionatına köklənmələri üçün köməyə çağırılıb. Hiddink 2001-2002-ci illərdə bu komandanın baş məşqçisi olub və 12 il öncə keçirilmiş mundialda Cənubi Koreyaya 4-cü yeri qazandırıb. Onun son iş yeri Rusiya “Anji”si olub. Təcrübəli mütəxəssis Mahaçqala təmsilçisini rəhbərliyin inkişaf kursunu dəyişməsindən sonra tərk edib.

 

Qeyd edək ki, iyunun 15-də başlanacaq dünya çempionatında Cənubi Koreya yığması Belçika, Əlcəzair və Rusiya ilə birgə H qrupunda mübarizə aparacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911
avatar

Oxşar yazılar