Futzal üzrə Azərbaycan çempionatının püşkü atıldı
04 sentyabr 2019 14:05 (UTC +04:00)

Futzal üzrə Azərbaycan çempionatının püşkü atıldı

Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib. 

APA-nın məlumatına görə, yeni mövsümdə Yüksək Liqada 10 komanda qalib adı uğrunda mübarizə aparacaq. 

Çempionat 3 dövrədən ibarət olacaq. İlk “dördlük”də yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 

Bundan başqa, cari mövsümdə legioner limiti tətbiq ediləcək. Komandalar iştirak ərizəsinə maksimum 7, oyunun protokoluna isə 5 legioner futzalçının adını daxil edə bilər. Matçın protokoluna 2000-ci il və daha gənc yerli oyunçunun adının daxil edilməsi isə vacibdir.

Püşkün nəticəsinə əsasən, çempionatın Bakı İdman Sarayında baş tutacaq birinci turunun təqvimi aşağıdakı kimidir:

I tur

11 sentyabr

“Bakı” TFK – “Yasamal” İSK
“Araz” – “Baku Fire”
“Xızı Futzal” – “Record club”
“Premier” (Quba) – EKOL
“Marafon” FK – “Neftçi”İK

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar