Futbolçu oynadı, babası 125000 funt qazandı
17 oktyabr 2013 11:52 (UTC +04:00)

Futbolçu oynadı, babası 125000 funt qazandı

İngiltərənin “Liverpul” klubunun futbolçusu Harri Uilsonun babası Pit Edvards 125000 funt qazanıb. Lent.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, 2000-ci ildə Uilson 2 yaşında ikən Edvards nəvəsinin nə vaxtsa Uels millisində oynayacağına 2500 əmsalla 50 funt pul qoyuluşu edib.

 

2014-cü il dünya çempionatının seçmə qrup matçında Uilson Belçika yığmasına qarşı forma geyinib. O, 16 yaş 207 günündə debüt edərək, dünyanın ən bahalı futbolçusu Qaret Beylə məxsus rekordu təzələyib.

 

Qeyd edək ki, Harri Uilsonun anası ingilisdir. Bu səbəbdən, ona İngiltərə yığması da iddia edə bilərdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Oxşar yazılar