“Komandamı təbrik edirəm. Asan deyildi, azlıqda qalsaq da, güclü rəqibə qol vurduq”. Apasport.az saytının xəbərinə görə, bunu millimizin baş məşqçisi Berti Foqts deyib.
Yığmamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinin sonuncu matçında Rusiya ilə qarşılaşdı.
1:1 hesablı bərabərliklə başa çatan görüşdən sonra almaniyalı mütəxəssis fikirlərini açıqlayıb.
“Komandama 4 gündə 2 oyun keçirmək asan deyildi. Lakin xal qazana bildik. Azarkeşlərə minnətdarlığımı bildirirəm. Sonacan bizi dəstəklədilər. Rusiya millisinə mundilada uğurlar arzulayıram” - deyə, Foqts bildirib.
- 6 ildən sonra Maksim Medvedevi dayaq yarımmüdafəçisi mövqeyində oynatdınız. Bunun səbəbi nədir?
- Mən məşqdə həmin mövqedə oynatmışam, razı qalmışam.
- Levinin oyunun nə vaxt sonuncu dəfə görmüşdünüz?
- Hər bir futbolçu səhv edə bilər.
- Rusiyaya qələbə lazım olsaydı, hansı taktika seçərdiniz?
- Eyni taktikayla
- 1 xalı uğur sayırsınız?
- Biz mübariz və taktiki gedişlərin sayəsində 1 xal qazandıq. Maksim qırmızı vərəqə alandan sonra dəyişikliklər etdik. Vaqif də çıxıb qol vurdu.
Foqts Rusiya ilə oyundan danışdı: "...asan deyildi" - MÜSAHİBƏ
1154