Eysebio dəfn olundu
07 yanvar 2014 10:35 (UTC +04:00)

Eysebio dəfn olundu

Yanvarın 6-da portuqaliyalı futbolçu Eysebionun dəfn mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, ötənlərin məşhur hücumçusu Lissabon şəhərindəki Lumiar qəbiristanlığında torpağa tapşırılıb.

 

Vida tədbiri mərhum futbolçunun vaxtilə çıxış etdiyi “Benfika” klubuna məxsus “Da Luj” stadionunda təşkil olunub. Stadionda 10 minədək insan iştirak edib. Daha 10 min insan isə küçələrdə toplaşaraq dəfnə qatılıb. Tabut stadionda cəmi 5 dəqiqə saxlanılıb, sonra isə katafalkla kilsəyə aparılıb.

 

Eysebio yanvarın 5-də 72 yaşında  ürəktutmasından vəfat edib. Onun ölümü ilə əlaqədar Portuqaliyada 3 günlük matəm elan olunub.

 

Qeyd edək ki, Eysebio 1942-ci ildə Mozambikdə doğulub. O, 1957-ci ildə yerli klubda futbol oynamağa başlayıb, 3 ildən sonra “Benfika”ya keçib. Hücumçu Lissabon klubunun heyətində 11 dəfə Portuqaliya çempionluğu və 1 dəfə Çempionlar Kubokunu əldə edib, 715 oyuna 727 qol vurub. Portuqaliya millisində isə 64 oyuna 41 dəfə fərqlənmiş Eysebio 1966-cı il dünya çempionatında 9 qolla bombardir olub və komandasına bürünc medal qazandırıb. Sağlığında ikən ona “Da Luj” stadionunun qarşısında abidə ucaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994
avatar

Oxşar yazılar