Hazırda İngiltərənin “Barnet” klubunda çıxış edən Edqar Davids futbolçu karyerasını başa vurub. Lent.az-ın məlumatına görə, hollandiyalı yarımmüdafiəçi səviyyəcə 5-ci sayılan çempionatda “Salisbari Siti” ilə görüşdən sonra belə qərara gəlib.
Həmin matçda 40 yaşlı oyunçu mövsümdə 3-cü dəfə meydandan qovulub. Davids hakimləri ona qərəzli münasibətdə suçlayaraq, futboldan birdəfəlik getdiyini bəyan edib.
Qeyd edək ki, Edqar Davids 22 illik futbolçu karyerası ərzində Hollandiyanın “Ayaks”, İtaliyanın “Milan”, “Yuventus” və “İnter”, İspaniyanın “Barselona” və İngiltərənin “Tottenhem” klublarında çıxış edib. O, 3 dəfə İtaliya və Hollandiya çempionu olub, Çempionlar Liqası, UEFA Kuboku və Superkuboku, eləcə də Qitələrarası Kuboku qazanıb. Davids FİFA-dan eynəklə oynamaq izni alan yeganə futbolçudur.