“Rəqibimi əvvəlcədən tanıdığım üçün döyüş mənim üçün normal keçdi. Asan qələbə qazandım. Finalda keçirdiyim görüş əvvəlkilərdən asan oldu”.
Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının qızıl mükafatçısı Elvin Məmişzadə deyib. 52 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn həmyerlimiz birinci olub.
Bununla bağlı danışan Məmişzadə uğurunu ailəsinə və əsgərlərə həsr etdiyini bildirib: “Bildiyiniz kimi, bu gün Azərbaycanın Silahlı Qüvvələr Günüdü. Buna görə qələbəmi ilk öncə ailəmə, sonra isə səngərdə olan yoldaşlarımıza həsr edirəm”.