Dünya şahmat tacına kimlər iddialıdır? - SİYAHI
21 yanvar 2014 12:58 (UTC +04:00)

Dünya şahmat tacına kimlər iddialıdır? - SİYAHI

Dünya şahmat tacı uğrunda iddiaçıların turnirində mübarizə aparacaq zəka sahiblərinin yekun siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, 8 qrossmeyster martın 12-30-da Xantı-Mansiyskdə keçiriləcək yarışda iştirakını təsdiqləyib. 

 

Belə ki, turnirə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovla (Qran-prinin ikincisi) yanaşı, Vişvanatan Anand (Hindistan, sabiq dünya çempionu), Vladimir Kramnik (Rusiya, Dünya Kubokunun qalibi), Dmitri Andreykin (Dünya Kubokunun finalçısı), Veselin Topalov (Bolqarıstan, Qran-prinin qalibi), Levon Aronyan (Ermənistan, reytinqə görə), Sergey Karyakin (Rusiya, reytinqinə görə) və Pyotr Svidler (Rusiya, ev sahiblərinin namizədi) mübarizə aparacaq.

 

Qeyd edək ki, yarışın təqvimi fevralın 13-də açıqlanacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1108
avatar

Oxşar yazılar