Xəzər Lənkəran” klubun baş məşqçisi Mustafa Dənizlinin apasport.az saytına müsahibəsi
- Hazırda istirahət edirsiniz, yoxsa komandanın işləri ilə məşğulsunuz?
- Hər ikisi: həm iş, həm istirahət. Üzrlü sayın, indi çox danışa bilməyəcəyəm. Hazırda İstanbulda deyiləm, qayınatamın vəfatının ildönümü ilə əlaqədar başqa yerdəyəm.
- Vaxtınızı çox almayacağıq, bir neçə məsələni sizinlə dəqiqləşdirmək istəyirik...
- Buyurun.
- Sizin Necati Atəş və İbrahim Toramanla görüşdüyünüz söylənilir, doğrudur?
- Xeyr, qətiyyən belə bir şey yoxdur.
- Bu futbolçuların “Xəzər Lənkəran”a transferi barədə düşünürsünüz?
- Xeyr.
- Bəs İbrahim Üzülməzi özünüzə köməkçi götürmək ehtimalı var?
- Bəli, bu məsələyə bazar ertəsi aydınlıq gələcək.
- Hazırda “Xəzər Lənkəran”da fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre və qapıçıllarla çalışan Hafiz Əliyevin aqibəti necə olacaq?
- Köməkçilərimlə bağlı hər şey bazar günü dəqiqləşəcək. Onların da taleyi həmin vaxt həll olunacaq. Rəhbərliklə görüşdən sonra qərar verəcəyik. Transfer məsələləri ilə bağlı sizə məlumat verə bilmərəm. Bunlar klub daxilində müzakirə olunmalıdır, mətbuata açıqlanacaq şeylər deyil.
- “Sumqayıt”ın futbolçusu Slavik Alaxsovu siz bəyənmisiniz?
- Bəyəndiyim futbolçular var, ad söyləməyəcəyəm. Görəcək işlərimiz çoxdur. İnşallah, qış fasiləsindən sonra azarkeşlər önünə güclü bir “Xəzər Lənkəran” çıxacaq.
Dənizlidən əcaib açıqlama: “Transfer məsələləri mətbuata açıqlanacaq şeylər deyil”
929