Daha bir məşhur baş məşqçi karyerasını bitirir
28 dekabr 2013 13:18 (UTC +04:00)

Daha bir məşhur baş məşqçi karyerasını bitirir

Məşhur italiyalı futbol mütəxəssisi Marçello Lippi baş məşqçi karyerasını 2014-cü ildə başa vuracaq. Lent.az-ın məlumatına görə, Lippi Çinin “Quançjou” klubu ilə hazırkı müqaviləsi yekunlaşdıqdan sonra bu addımı atacaq.

 

“Mənim bu klubla müqaviləmin başa çatmasına 1 il qalıb. Anlaşma müddəti yekunlaşdıqdan sonra karyeramı bitirəcəyəm. Lakin futbolda funksioner kimi və ya hansısa vəzifədə qalacağam” deyə 65 yaşlı mütəxəssis bildirib.

 

Qeyd edək ki, Marçello Lippi 11 aprel 1948-ci ildə doğulub. O, baş məşqçi kimi İtaliya milli komandasına 2006-cı ildə dünya, “Yuventus”a 5 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Superkuboku, hərəyə 1 dəfə Çempionlar Liqası, İtaliya Kuboku, UEFA Superkuboku və Qitələrarası Kubok, “Quançjou”ya 2 dəfə Çin çempionluğu, 1 dəfə İtaliya Kuboku və Asiya Çempionlar Liqasını qazandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar