Bruma: “Mançini məni öldürəcəyini deyir” 
25 dekabr 2013 21:04 (UTC +04:00)

Bruma: “Mançini məni öldürəcəyini deyir” 

“Qalatasaray”ın portuqaliyalı futbolçusu Bruma baş məşqçisi Roberto Mançini ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan 19 yaşlı yarımmüdafiəçi italiyalı çalışdırıcının onu öldürəcəyini deyib.

Bruma “sarı-qırmızılılar”ın sabiq baş məşqçisi Fatih Terimlə Mançinini də müqayisə edib: “Hər iki məşqçi bir-birindən fərqlidir. Terim mənimlə ata kimi rəftar edirdi. Mançini isə, məni “Mançester Siti”də çalışdığı vaxtdan istəyirmiş. O, meydanda və kənarda daha çox çalışmalı olduğumu və top uğrunda mübarizə aparmasam, məni öldürəcəyini deyir”.

O, komanda yoldaşları haqqında isə bu sözləri deyib: “Ətrafımdakılar mənə çox kömək едир. Бундан башга komanda yoldaşlarım həm də məni çox dəstəkləyir”.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü, “gələcəyin ulduzu” adlandırılan Bruma bu yay ölkəsinin “Sportinq” klubundan “Qalatasaray”a transfer olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916
avatar

Oxşar yazılar