Bosniya və Herseqovinanın futbol üzrə milli komandası tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib. Lent. az-ın məlumatına görə, G qrupunun həlledici turunda baş məşqçi Safet Suşiçin komandası səfərdə Litvanı məğlubiyyətə uğradıb – 1:0.
Yeganə qolu 68-ci dəqiqədə Vedad İbişeviç vurub. Meydan sahiblərinin heyətində “Bakı”nın hücumçusu Mindauqas Kalonas 90 dəqiqə oynasa da, qonaqların qələbəsinə əngəl ola bilməyib. Bununla da Bosniya və Herseqovina millisi xallarını 25-ə çatdıraraq, eyni sayda xala malik Yunanıstan yığmasını əlavə göstəricilərdə üstələməyi bacarıb.
Digər birbaşa vəsiqələrə isə Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, İngiltərə və İspaniya yiyələnib. Daha 4 iştirakçı 8 komanda - Portuqaliya, Yunanıstan, Ukrayna, Fransa, İslandiya, Rumıniya, İsveç və Xorvatiya arasından “pley-off” mərhələsindəki oyunların nəticələrinə əsasən seçiləcək. Bu mərhələnin püşkü oktyabrın 21-də İsveçrənin Sürix şəhərində atılacaq. Oyunlar isə noyabrın 15-də və 19-da olacaq.
Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 12-dən iyulun 13-dək keçiriləcək. Hazırda Avropa zonasındakı 9 ölkədən əlavə, Braziliya təşkilatçı ölkə kimi, eləcə də Argentina, Avstraliya, Kolumbiya, Kosta-Rika, İran, Yaponiya, Cənubi Koreya və ABŞ da Mundialda iştirak hüququna yiyələnib. Qalan 14 ölkənin adı gələn ay müəyyənləşəcək. Çempionatın püşkü isə dekabrın 6-da Braziliyanın Bahia ştatında atılacaq.
Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 12-dən iyulun 13-dək keçiriləcək. Hazırda Avropa zonasındakı 9 ölkədən əlavə, Braziliya təşkilatçı ölkə kimi, eləcə də Argentina, Avstraliya, Kolumbiya, Kosta-Rika, İran, Yaponiya, Cənubi Koreya, ABŞ, Çili, Ekvador və Honduras da Mundialda iştirak hüququna yiyələnib. Qalan 11 ölkənin adı gələn ay müəyyənləşəcək. Bunlar Avropa zonasında “pley-off” oyunlarının 4, Afrika zonasından 5, eləcə də Uruqvay - İordaniya və Meksika – Yeni Zelandiya matçlarının qalibləri olacaq. Çempionatın püşkü isə dekabrın 6-da Braziliyanın Bahia ştatında atılacaq.