Beynəlxalq Boks Federasiyasının prezidenti: “Avropa Oyunları dünya təqvimində yeni səhifə açır”
17 iyun 2015 13:10 (UTC +04:00)

Beynəlxalq Boks Federasiyasının prezidenti: “Avropa Oyunları dünya təqvimində yeni səhifə açır”

 

Fransanın “francsjeux.com” saytı Beynəlxalq Boks Federasiyasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Çin Ko Vunun Avropa Oyunları ilə bağlı müsahibəsini təqdim edib.

 

APA-nın xəbərinə görə, Co Ko Vu müsahibəsində Azərbaycanda olmaqdan məmnunluq duyduğunu və boks yarışlarının Avropa Oyunlarında 10 növ çəkidə kişilər və 5 növ çəkidə qadınlar üzrə təmsil olunduğunu deyib: “Boks üçün Avropa Oyunları dünya təqvimində yeni səhifə açır. Bu oyunların Avropadan kənarda da böyük təsirləri var. Açılış mərasimi mənə çox böyük təsir bağışladı. Mən 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarından bu tərəfə heç bir oyunlardan kənarda qalmamışam. Belə hadisələri çox görmüşəm, amma Bakıda keçirilən açılış mənim ən çox bəyəndiyim açılışlardandır. Təşkilatçılar yüksək səviyyədə yeni texnologiyadan istifadə edərək Olimpiya ruhunu və Azərbaycan mədəniyyətini tamaşaçılara çatdırmağı bacardılar”.

 

C. K. Vu Azərbaycanın Olimpiya Oyunlarını keçirməyə nə dərəcədə hazır olması məsələsinə də münasibət bildirib: “Bəli, onlar bunu etmək bacarığına malikdirlər. Bu oyunlarda təşkilatçılığın yüksək səviyyədə olması bu sualla bağlı şübhələri aradan qaldırır. Hər şey dəqiq planlaşdırılıb. Avropa Oyunlarından sonra Azərbaycan hər hansı mühüm hadisəni, xüsusilə Olimpiya Oyunlarını qəbul edə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar