Liviyanın “Əl-Əhli” futbol komandasının misirli baş məşqçisi Hossam Əl-Bədriyə silahlı hücum olub. Lent.az-ın məlumatına görə, “Əl-Sovaihili” ilə oyundan sonra Əl-Bədrini 3 kişi atəşə tutub.
Onlar baş məşqçiyə evi qarşısında dayanan avtomobildən atəş açıblar. İnsident nəticəsində mütəxəssis xəsarət almayıb.
Qeyd edək ki, Liviya çempionatı ölkədəki silahlı münaqişə üzündən yaranmış 2,5 illik fasilədən sonra bərpa edilib. Əvvəllər Hossam Əl-Bədri Misirin “Əl-Əhli” komandası ilə Afrika Çempionlar Liqasını qazanıb.