Baş katib Mamiaşvilinin cavabını verdi: <span style="color:red;">“Yalan danışma, işinlə məşğul ol”
11 mart 2014 13:28 (UTC +04:00)

Baş katib Mamiaşvilinin cavabını verdi: “Yalan danışma, işinlə məşğul ol”

“Azərbaycanda idman güləşini yayanlardan, onun əsasını qoyanlardan biri erməni Kasparov olub”. Lent.az-ın məlumatına görə, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti və Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) vitse-prezidenti Mixail Mamiaşvili “Vestnik Kafkaza” nəşrinə müsahibəsində deyib.

 

O bildirib ki, Kasparov dahi güləşçilər nəsli yetişdirib. Mamiaşvili gürcüstanlı güləşçilərə osetiyalı nümayəndələrin (eynilə osetiyalılara gürcülərin) yetişməkdə, böyük çempion, böyük məşqçi olmaqda kömək etdiklərini də vurğulayıb: “Yəni, biz tariximiz qədər qarşılıqlı bağlıyıq. Mentalitet, xarakter baxımından isə o qədər fərqliyik ki, hansısa böyük ideya ətrafında birləşdikdə məğlubedilməz oluruq”.

 

Mamiaşvilinin açıqlamasına Azərbaycan Güləş Federasiyası (AGF) sərt münasibət göstərib. AGF-nin baş katibi Əjdər Cəfərov Lent.az-a açıqlamasında Kasparov adlı güləşçi barədə ilk dəfə eşitdiyini bildirib: “Mən ümumiyyətlə, Kasparovu tanımıram, onun kim olduğunu bilmirəm, tarixdə rast gəlməmişəm, heç barəsində də eşitməmişəm. Atam Xosrov Cəfərov 30 ilədək Azərbaycan yığmasının baş məşqçisi olub. Özüm güləşçi ailəsində böyümüşəm. Atamdan Kasparov adlı adamın yox, Ağakişi İsgəndərov, Rza Baxşəliyev, İbrahimpaşa Dadaşov, Musa Babayevin adlarını eşitmişəm. Bizim Rəşid Məmmədbəyov kimi olimpiya mükafatçımız olub. Statistika var, hər şey məlumdur, öz idmançılarımız, öz məşqçilərimiz, güləşimizin 100 il, 200 illik tarixi var. Bizdə milli güləş yarananda güləş heç yerdə yox idi, həmin vaxt bunlar harada idilər ki, nə isə desinlər? Getsinlər, açıb güləş tariximizi oxusunlar, sonra gəlib söz demək istəsinlər. Ola bilsin, Kasparov hansısa zalda kiminsə ayağına girib və ya “bedro” fəndi göstərib. Amma onun güləşin banisi kimi göstərilməsi mümkün deyil. Bunlar boş söhbətlərdir”.    

 

Cəfərovun fikrincə, Azərbaycanın güləş tarixini analiz etmək, bu barədə bir söz demək üçün ilk növbədə, insanın savadı olmalıdır: “Azərbaycanın güləşin tarixi, banisi, güləşçiləri, məşqçiləri, nəticələrinin hansı xətt üzrə inkişaf etdiyi, dövlət tərəfindən güləşə göstərilən qayğı hamıya məlumdur. 2012-ci il London Yay Olimpiya Oyunlarında sərbəst güləş növündə ümumi komanda hesabında çempion olmağımız belə söz-söhbətlərə gətirib çıxaracaqdı. Çünki təbii haldır, uğurlarımızı gözü götürməyən adamlar var. Gərək elə fenomenal şəxs olasan ki, güləşi yaradanın kim olduğunu deyəsən. Kimliyindən asılı olmayaraq, hamıya məsləhət görürəm ki, hərə gedib öz işi ilə məşğul olsun. Mamiaşvilinin tutduğu postla işimiz yoxdur. İnsan olimpiya çempionu da, yüksək, beynəlxalq əhəmiyyətli vəzifədə də ola bilər, amma Azərbaycan barədə heç kimin nə belə yalan söz deməyə nə ağlı, nə haqqı, nə də cəsarəti çatar. Mən güləş tariximiz barədə belə rəy bildirməyi heç kimə məsləhət görmürəm. Biz federasiya olaraq, güləşimiz haqqında kiminsə ortaya təhrifedici məlumatlar buraxmasına heç vaxt yol verə bilmərik”.

 

Bununla belə, AGF rəsmisi Mamiaşviliyə rəsmi etiraz bildirmək fikrində olmadıqlarını əlavə edib: “İt hürər, karvan keçər. Belə açıqlamalara heç məhəl də qoymaq lazım deyil. Boş-boş söhbətlər bizim üçün müzakirə mövzusu ola bilməz. Ona rəsmi etiraz bildirmək fikrimiz də yoxdur. Deyibsə, öz işidir. Çox adam çox söz deyə bilər. Bizim də FİLA-nın büro üzvlüyündə Namiq Əliyev kimi vitse-prezidentimiz var. Amma bu o demək deyil ki, biz də kiminsə haqqında nə isə söyləyə bilərik. Hərə öz səviyyəsinə uyğun mövqe nümayiş etdirir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174

Oxşar yazılar

"Barselona" Saneni transfer etmək  istəyir

"Barselona" Saneni transfer etmək istəyir

2 iyun 2025 , 14:37
PSJ UEFA-dan 148 milyon avro  alacaq

PSJ UEFA-dan 148 milyon avro alacaq

2 iyun 2025 , 11:10
Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23
“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 iyun 2025 , 10:12
PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

31 may 2025 , 22:08
"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon  verir

"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon verir

31 may 2025 , 16:04
Dövrün ən güclü boksçularının  adını çəkdi

Dövrün ən güclü boksçularının adını çəkdi

31 may 2025 , 11:37