Azərbaycanlı futbolçu "Ayntraxt"la müqavilə imzaladı
21 may 2017 15:20 (UTC +04:00)

Azərbaycanlı futbolçu "Ayntraxt"la müqavilə imzaladı

0

Azərbaycan millisinin üzvü Renat Dadaşov ilk peşəkar müqaviləsinə imza atıb. Lent.az sport24.az-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu 2020-ci  ilə qədər Frankfurt "Ayntraxt"ının şərəfini qoruyacaq. 

Dadaşov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Peşəkar karyerama burada başlayacam. Frankfurda olmaqdan məmnunam. Çünki burada ailəm və dostlarım məni dəstəkləyir".

Qeyd edək ki, bunadək Renat bu komandanın 19 yaşadək kollektivində çıxış edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar