Azərbaycan yığmasında 4 yeni cudoçu - <span style="color:red;">FOTO
01 may 2017 16:32 (UTC +04:00)

Azərbaycan yığmasında 4 yeni cudoçu - FOTO

0
Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasının heyəti gücləndirilib. Apasport.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yığmamıza 4 legioner cəlb olunub.
 
Monqolustanlı cüdoçular Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyanxişiq (52 kq), Munxtsedev İçinxorlu (57 kq) və ukraynalı İrina Kindzerska (+78 kq) bundan sonra yığmamızın şərəfini qoruyacaq. Bu gün Azərbaycan Cüdo Federasiyasında yığmanın yeni üzvləri ilə görüş keçirilib.
 
Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov cüdoçulara qarşıdakı İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışlarda uğurlar arzulayıb. Bildirilib ki, milli komandamızın heyətinə yeni cüdoçuların cəlb olunması ölkəmizdə qadın cüdosunun da inkişafına təkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar