Azərbaycan Rioya daha bir lisenziya qazandı
17 yanvar 2016 03:42 (UTC +04:00)

Azərbaycan Rioya daha bir lisenziya qazandı

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu alınıb.

 

Belə ki, mübarizəyə ilk qoşulan Fəridə Əzizova 67 kq çəki dərəcəsində Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, bu uğura yarışda finala yüksəlməklə nail olub.

 

London Olimpiadasının iştirakçısı yarımfinala kimi makedoniyalı Petra Matiyaseviçlə (4:1), ukraynalı Tatyana Teterevyanikovanı (3:0) məğlub edib. Yarımfinalda sloveniyalı Franko Anik üzərində qələbə isə Bakı-2015-in gümüş medalçısının Rio-2016-ya lisenziyasını rəsmiləşdirib.

 

Taekvandoçumuz finalda türk əsilli almaniyalı idmançı Rabia Güleç ilə qarşılaşacaq.

 

Bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 30-a çatıb. Ondan öncə taekvondoçularımızdan Radik İsayev, həmçinin Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.

 

Qeyd edək ki, sabah turnirdə millimizin üzvlərindən Patimat Abakarova (49 kq) və Milad Beigi Harçeqani (80 kq) mübarizəyə qoşulacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar

“Barselona”dan darmadağın

“Barselona”dan darmadağın

2 mart 2025 , 21:37
“Qalatasaray” vacib iki xal itirdi

“Qalatasaray” vacib iki xal itirdi

2 mart 2025 , 19:07
Fərhad Kasimov, Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti

Bu federasiyanın vitse-prezidenti dünyasını dəyişdi

2 mart 2025 , 12:28
Futbolda dəyişiklik  - Qapıçı topu 8 saniyədən çox saxlasa...

Futbolda dəyişiklik - Qapıçı topu 8 saniyədən çox saxlasa...

1 mart 2025 , 20:31
Almaniyada uşaq oyundan əvvəl hakimin cinsi orqanını  dişlədi

Almaniyada uşaq oyundan əvvəl hakimin cinsi orqanını dişlədi

1 mart 2025 , 19:11
Məşqə gedən millinin oynçusu  oğurlandı

Məşqə gedən millinin oynçusu oğurlandı

1 mart 2025 , 16:17
“Əl-Nəsr” Ronaldoya görə  İranda oynamaq istəmir

“Əl-Nəsr” Ronaldoya görə İranda oynamaq istəmir

1 mart 2025 , 12:58
PSJ "Barselona"nın əsas oyunçusunu  100 milyona alır

PSJ "Barselona"nın əsas oyunçusunu 100 milyona alır

1 mart 2025 , 10:00