Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Mirbağır İsayevdir.
Gənc mütəxəssis 19 yaşlılardan ibarət yığmamızın sükanı arxasına keçən almaniyalı Nikolay Adamı əvəzləyib. İsayevin rəhbərliyi altında komandamız yanvarın 8-də Bakıda bir araya gələcək. Paytaxtda 11 günlük seleksiya xarakterli təlim-məşq toplantısının ardından millimiz yanvarın 19-da Türkiyənin İzmir şəhərində start götürəcək “2014 Mercedes-Benz Aegean Cup” turnirinə qatılacaq. Turnir yanvarın 26-dək davam edəcək.
Qeyd edək ki, Mirbağır İsayev əvvəllər “Neftçi”nin əvəzedici komandasının, “Abşeron ” və “Kəpəz”in baş məşqçisi olub.