Azərbaycan millisi 1, Braziliya 9 pillə irəlilədi - YENİLƏNİB
04 iyul 2013 13:03 (UTC +04:00)

Azərbaycan millisi 1, Braziliya 9 pillə irəlilədi - YENİLƏNİB

FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib.

 

Hazırda 298 xala malik yığmamız 117-ci pillədədir.

 

Komandamızın 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Portuqaliya millisi 1 pillə geriləyərək, 1099 xalla 7-ci, 6 pillə geriləyən Rusiya 979 xalla 17-ci, 2 pillə geriləyən İsrail isə 540 xalla 64-cü olub. Əvəzində 5 pillə irəliləyən Şimali İrlandiya 307 xalla 111-ci, 4 pillə irəliləyən Lüksemburq isə 141-ci pillədə qərarlaşıb.

 

Konfederasiyalar Kubokunun finalındakı məğlubiyyətə baxmayaraq, siyahıya yenə İspaniya başçılıq edir. 1532 xala malik son dünya və Avropa çempionlarını 1273 xalla Almaniya izləyir. 4 pillə irəliləyən Kolumbiya 1206 xalla 3-cü, 1 pillə geriləyən Argentina 1204 xalla 4-cüdür. Hollandiya 1180 xalla 5-ci pillədə qaldığı halda, 6-cı pillədəki 1142 xala malik İtaliya 2 mövqe irəliləyib. 4 pillə geriləyən Xorvatiya 1098 xalla 8-ci, 13 pillə irəliləyən Konfederasiyalar Kubokunun qalibi Braziliya 1095 xalla 9-cu, 2 pillə irəliləyən Belçika 1079 xalla 10-cudur. Türkiyə millisi isə 3 pillə geriləyərək, 573 xalla 57-ci yeri tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004
avatar

Oxşar yazılar