Azərbaycan boksçusu yarımfinal görüşünə çıxa bilməyəcək
24 iyun 2015 16:59 (UTC +04:00)

Azərbaycan boksçusu yarımfinal görüşünə çıxa bilməyəcək

 

Azərbaycan boks millisi ciddi itki ilə üzləşib.


 

Apasport.az saytının məlumatına görə, +91 kq çəki dərəcəsində yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özünə təmin edən Məhəmmədrəsul Məcidov I Avropa Oyunlarında çıxışını başa vurub.

 

Buna səbəb onun zədələnməsidir. Bu üzdən də ikiqat dünya və Avropa çempionu, Olimpiadanın bürünc mükafatçısı sabah rusiyalı Qasan Qimbatovla keçirilməli olan döyüşə çıxmayacaq. Sonuncu birbaşa finala yüksələcək.

 

Komandamızın məşqçisi Nəriman Abdullayev bildirib ki, həkimlərin rəyinə əsasən Məhəmmədrəsulun zədəli rinqə çıxması təhlükəlidir.

 

Məcidovun 1/4 finalda türkiyəli Əli Dəmirəzənlə görüşdə başından zədələndiyi bildirilir.

 

Qeyd edək ki, Bakı-2015-də 11 boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. Onlardan Məcidov bürünc medalla kifayətləndiyi halda, digərləri 1/2 final döyüşlərində mükafatın əyarını yüksəltməyə çalışacaqlar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

Oxşar yazılar