Bu gün Azərbaycan və Rusiyanın veteranlardan ibarət yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib – 1:1.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun idarə etdiyi qarşılaşmada hesabı şimallılar açıblar. İlk yarıda qonaqların heyətində Yuri Tatarkin fərqlənib. Fasilədən sonra isə Aqil Məmmədov yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, veteran futbolçular bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya duelini birlikdə izləyəcəklər.
Azərbaycan-Rusiya - 1:1
1779