İsveç millisin və İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Zlatan İbrahimoviçə maraqlı təklif gəlib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünən öz ölkəsində “Mançester Yunayted”lə Avropa Liqasının qalibi olan hücümçu komanda yoldaşları ilə əylənib. Zədəli olduğundan qarşılaşmada forma geyinməyən Zlatan komanda yoldaşlarına dəstək olub.
Qarşılaşma zamanı “Mançester Yunayted” azarkeşlərindən Zlatan İbrahimoviçə maraqlı təklif gəlib. Azarkeş qaldırdığı şüarda Zlatanın arvadı ilə sevişə biləcəyəni yazıb: “Klubda qalsan, arvadımla sevişə bilərsən”.
Zlatan bu plakatı yaxşı qarşılayaraq, həmin azarkeş və şüarla şəkil çəkdirib.
Qeyd edək ki, “Mançester Yunayted” Avropa Liqasının final qarşılaşmasında Hollandiyanın “Ayaks” klubunu 2-0 hesabı ilə qalib gələrək çempion olub.