Yanvarın 13-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplantısına yollanacaq hakimlərin siyahısı açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 15 günədək davam edəcək hazırlıq prosesinə ümumilikdə 41 nəfər yollanacaq.
Müəllim heyətində AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan əlavə, Namiq Quliyevlə Asim Xudiyev yer alacaq. Referi qismində qardaş ölkəyə 19 nəfər - Əliyar Ağayev, Rəhim Həsənov, Anar Salmanov, Fariz Yusifov, Vüsal Əliyev, Rauf Cabbarov, Orxan Məmmədov, Ramil Diniyev, Elvin Əsgərov, Ramil Əhmədov, Ömər Paşayev, Sərxan İsmayılov, Ziya Nəsirov, Mahir Məmmədov, Ramiz Məhərrəmov, Nail Nağıyev, Alik Yunusov, Etibar Həsənov və Rəşad Əhmədov aparılacaq.
Daha 19 hakim isə referi köməkçiləri olacaq. Bunlar Yaşar Abbasov, Vaqif Musayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşımov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Elşən Acalov, Cavanşir Yusifov, Elman Musayev, Azər Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, İsgəndər Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Akif Əmirəli və Rəvan Həmzəzadədir.
Qeyd edək ki, təlim-məşq toplantısı Lara qəsəbəsindəki “Miracle” otelində olacaq.