Kiyev «Dinamo»-nun oyunçusu Aleksandr Əliyevin Mahaçqalanın «Anji» futbol klubuna keçdiyi təsdiqlənib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, əldə edilən razılaşmaya əsasən, yarımmüdafiəçi 2,5 il Mahaçqala komandasında «8» nömrədə oynayacaq.
Mənbə xatırladıb ki, Əliyev dekabrın 31 –də sərbəst agent statusu əldə edib. 2010-cu ildə o, Moskvanın «Lokomotiv» klubunda 25 oyunda meydana çıxıb, 14 qol vurub.