Bakıda Azərbaycan və Bolqarıstan yığmaları arasında yoldaşlıq görüşünün keçirilməsinin mümkünlüyünə dair xəbərlərə AFFA-dan reaksiya verilib. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Lent.az-a açıqlamasında Bolqarıstan Futbol İttifaqına belə bir təklif göndərmədiklərini bildirib.
Onun sözlərinə görə, martın 5-də nəzərdə tutulan yoldaşlıq görüşünün yeri və rəqibin adı hələ bilinmir. Nərimanoğlu bildirib ki, millimiz həmin vaxt ya Bakıda, ya da Dubayda təlim-məşq toplantısında olacaq. Mümkün rəqiblə danışıqlardan asılı olaraq, görüş elə bu iki şəhərdən birində baş tutacaq.
AFFA rəsmisinin fikrincə, Bolqarıstan mətbuatının iddiası bu ölkənin 17 yaşadək yığmasının hər il Bakıda keçirilən “Caspian Cup”da iştirakı ilə bağlı ola bilər.