"Tottenhem”in baş məşqçisi Poçettinonu cəzalandırdı
İngiltərə Futbol Federasiyası (FA) “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettinonu iki oyunluq cəzalandırıb.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssisin Premyer Liqanın XXVII turunda “Börnli” klubu (2:1) ilə görüşdə baş hakim Mayk Din ilə mübahisə etməsidir. Həmçinin argentinalı məşqçi bu davranışına görə 10 min funt sterlinq məbləğində cərimə də ödəməli olacaq.
Poçettino növbəti turlarda “Sautqempton” və “Liverpul”la görüşlərdə texniki zonada əyləşə bilməyəcək.
Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində hazırda 61 xalla üçüncü yerdə qərarlaşıb.
837